Fransa təşkilatı Azərbaycanın hüquqlarını tanıyan məhkəmə qərarını alqışlayıb

 01:02 10.06.2019     278

Fransada Azərbaycanın Dostları Assosiasiyasının (FADA) prezidenti Jan-Fransua Mansel mayın 29-da bu ölkənin Serji (Cergy) İnzibati məhkəməsi tərəfindən Arnuvil (Arnouville) şəhəri ilə Azərbaycanın işğal altında olan Xocavənd rayonu arasında imzalanmış Dostluq xartiyasının ləğv edilməsi qərarını alqışlayıb.

Redaktor.az-ın "Report"un Fransa bürosuna istinadən məlumatına görə, o, bu saxta "sənəd"in qəsdən imzalandığını qeyd edib:

"Bu xartiya Ermənistan tərəfindən Azərbaycan torpaqlarında yaradılan və idarə olunan qondarma "rejim" ilə beynəlxalq hüququ, habelə BMT-nin bu torpaqların Azərbaycana məxsus olduğunu bildirən və ona qaytarılmasını tələb edən 4 qətnaməsini pozaraq qəsdən imzalanıb. Fransa hökuməti bir neçə dəfə xatırladıb ki, yerli idarəetmə orqanları tanınmamış qondarma quruluşlarla razılaşmalar imzalaya bilməz. Məhkəmənin verdiyi qərar bunu təsdiqləyir. Biz məhkəmənin Azərbaycanın hüquqlarını müdafiə edən və Ermənistanın işğalçı əməllərini ifşa edən bu qərarını alqışlayırıq", - o bildirib.

Xocavənd rayonu 1992-ci il oktyabrın 2-də Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilib.