Mal bazarında alver niyə “ölüb”?

 12:45 10.06.2019     246

Qiymətlər baha, alıcı zəif. Bu gün qərb bölgəsinin ən iri bazarı olan Göygöl rayonunun mal bazarında bu vəziyyət hökm sürür. Bu işlə  məşğul olan şəxslər deyir ki, indiki halda bir qəpik də qazanc yoxdur. Səbəblər müxtəlif olsa da,ən başlıca amil yemin baha olmasıdır. Bu da istər-istəməz qiymətlərə təsir edir.

Digər bir faktor da havaların isinməsidir. Satıcıların iddiasına görə, yay aylarında alver dayanır.

Bildirək ki, hazırda mal bazarında xırda buynuzlu heyvanlar minimum 100, maksimum isə 300 manata təklif olunur. İri buynuzlu heyvanların satışında isə qiymətlər 400 manatdan başlayaraq, 1300 manatadək dəyişir.//FED.az