Gəncədə 32 yaşlı kişini ilan sancıb

 13:44 10.06.2019     267

Gəncə sakinini ilan sancıb.

Redaktor.az-ın apa.az-a istinadən verdiyi məlumata görə, hadisə şəhərin Nizami küçəsində qeydə alınıb.

32 yaşlı şəhər sakini Elçin İsmayılov öz həyətində iş görən zaman ilan sancıb. Xəstə yaxınları tərəfindən dərhal xəstəxanaya yerləşdirilib. 32 yaşlı kişiyə ilan zəhəri əleyhinə zərdab vurulub. Onun vəziyyətinin kafi olduğu bildirilir.