Azərbaycandakı sığorta şirkətlərinin topladığı sığorta haqları üzrə renkinqi - TOP-10

 14:30 10.06.2019     260

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) 2019-cu ilin yanvar-aprel ayları üzrə sığorta şirkətlərinin göstəricilərini açıqlayıb.

“APA-Economics” şirkətlərin topladığı sığorta haqları üzrə renkinq hazırlayıb. Siyahının ilk üçlüyünü "Paşa Həyat Sığorta", "Paşa Sığorta" və Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti (“Azərsığorta”) təşkil edib. Ümumilikdə, hesabat dövründə toplanan sığorta haqlarının həcmi 265,3 mln. manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 12% azdır.

Sığorta şirkətlərinin topladığı sığorta haqları üzrə renkinqi:

#

Şirkət

Yanvar-apreldə topladığı sığorta haqqı, min AZN

1

Paşa Həyat Sığorta

74 597,4

2

Paşa Sığorta

71 970,2

3

Azərsığorta

33 009,8

4

Atəşgah Həyat Sığorta

12 370,1

5

Atəşgah Sığorta

11 963,7

5

Meqa Sığorta

11 130,0

6

Xalq Sığorta

9 368,2

7

İpək Yolu Sığorta

7 870,7

8

Qala Sığorta

7 422,6

9

AtaSığorta

6 423,2

10

Azsığorta

4 573,7