Nazir "Son zəng"lə bağlı əmr imzaladı

 15:00 10.06.2019     316

İyunun 14-də hər bir ümumi təhsil müəssisəsinin ərazisində "Son zəng" tədbiri təşkil olunacaq.

Təhsil Nazirliyindən Redaktor.az-a verilən xəbərə görə, bu barədə Təhsil naziri Ceyhun Bayramov əmr imzalayıb.

Əmrdə ölkəmizin ümumtəhsil məktəblərində təşkil olunan “Son zəng” tədbirində valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və ictimaiyyət nümayəndələri, məktəb məzunlarının iştirakı tövsiyə olunub. Yerli təhsili idarəetmə qurumları, Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrinin rəhbərləri tərəfindən “Son zəng”in məzmunlu keçirilməsi, tədbir müddətində şagirdlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsi də əmrdə əks olunub.