Cəlilabadda Rusiya vətəndaşına məxsus avtomobil yanıb

 18:49 10.06.2019     257

Cəlilabad rayonunda Rusiya vətəndaşına məxsus avtomobil yanıb. 

Redaktor.az Report-a istinadən xəbər verir ki, hadisə yeni Ələt-Astara magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, Rusiya vətəndaşı Əliheydər Faqi oğlun Nəcəfovun idarə etdiyi “VAZ-21015” markalı avtomobil anidən alovlanıb. 

Hadisə yerinə Cəlilabad rayon yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın söndürülüb. Avtomobil yanaraq yararsız hala düşüb, sürücü və sərnişinlər xəsarət almayıb. 

İlkin ehtimala görə, hadisə avtomobilin elektrik naqillərindəki qısaqapanmadan baş verib.

Faktla bağlı araşdırma aparılır.