Rezidenturaya qəbul imtahanının II mərhələsində iştirak etmək üçün qeydiyyat başa çatır

 20:59 10.06.2019     326

Rezidenturaya qəbul olmaq üçün baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında (I mərhələ) müsabiqə şərtini ödəmiş (40 və daha çox bal toplamış) namizədlər ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında (II mərhələ) iştirak etmək üçün tələb olunan məbləği “Şəxsi kabinet”lərinin hesabına əlavə edib bu gün saat 23:59-dək qeydiyyatdan keçməlidirlər.

Dövlət İmtahan Mərkəzindən Redaktor.az-a verilən məlumata görə, qeydiyyatdan keçməyən namizədlər ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılmayacaqlar.

İxtisas üzrə biliklərin qiymətləndirilməsi imtahanı iyulun 14-də keçiriləcəkdir.