İsmayıllıda yarım tondan çox çətənə kolları aşkar edilib

 22:41 10.06.2019     346

İsmayıllıda yarım tona yaxın çətənə kolları aşkar edilib.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Redaktor.az-a verilən məlumata görə, İsmayıllı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qalıncaq kəndi ərazisində yabanı halda bitmiş, çəkisi 532 kiloqram olan 1520 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.