Nəsimi rayonunda gənc qızı avtomobil vuraraq qaçıb

 23:59 10.06.2019     294

Paytaxtın Nəsimi rayonu ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. 

Redaktor.az APA-ya istinadən xəbər verir ki, rayonun Bakıxanov küçəsindən yolun piyadalar üçün nəzərdə tutulmuş hissəsindən keçərkən 1995-ci il təvəllüdlü Hüseynova Jalə Tapdıq qızını naməlum markalı avtomobil vurub. Sürücü hadisə yerindən qaçıb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.