Bakıda avtomobil təmiri sexi yanıb

 11:25 11.06.2019     429

Bakıda avtomobil təmiri sexi yanıb.

Fövqəladə Hallar Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, Xəzər rayonunda ümumi sahəsi 1200 m² olan tikilinin (avtomobil təmiri sexi kimi fəaliyyət göstərir) dam örtüyü 40 m² sahədə və içərisinə yığılan taxta tullantıları 10 m² sahədə yanıb.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.