İş axtaranların NƏZƏRİNƏ: Əməkhaqqı 1872 manat

 10:53 11.06.2019     304

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin pilot olaraq tabeliyinə verilmiş “Yevlax Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs müvafiq maliyyə müdiri üzrə vakant yer elan edir.

Agentlikdən Redaktor.az-a verilən məlumata görə, maraqlanan namizədlər CV-lərini 22 iyun tarixinədək [email protected] e-mail ünvanına göndərə bilərlər.

Namizəd ali təhsilli (İqtisadiyyat, maliyyə, maliyyə və kredit), maliyyə və mühasibat sahələrində 5 ildən az olmayan əmək stajı, minimum 2 il baş mühasib sahəsində əmək stajı olmalı, vergi, əmək və mülki məcəllələri və qüvvədə olan normativ-hüquqi aktları əla bilməlidir. Əməkhaqqı (vergi və digər tutulmalar daxil) 1872 manatdır.