Azyaşlı övladını döyən ata saxlanıldı

 12:14 11.06.2019     245
Gəncədə 14 yaşlı uşaq atası tərəfindən döyülüb.
 
Gəncə şəhər prokurorluğundan Redaktor.az-a verilən məlumata görə, Gəncə şəhər sakini 2005-ci il təvəllüdlü Oqtay Nəbiyevin (ad, soyad şərtidir) atası tərəfindən döyülməsi barədə Daxili İşlər Nazirliyinin “102” xidmətinə daxil olmuş məlumat əsasında Gəncə şəhər Nizami Rayon Polis İdarəsində aparılmış ilkin araşdırma  zamanı dərhal hadisə yerinə baxış keçirilib. Hadisə şahidlərinin izahatları alınıb və digər zəruri prosessual hərəkətlər həyata keçirilib.
 
Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib. Cinayətin uşağın atası İlham Məmmədov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edildiyinə görə, valideyn tutularaq istintaqa cəlb edilib. 
 
 Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.