Azərbaycanda 594 kilometr dəmir yolu təmir edilib

 15:40 11.06.2019     316

"Azərbaycan Dəmir Yolları" QSC tərəfindən əsaslı təmir və yenidənqurma işləri çərçivəsində ölkə ərazisində bu günədək 594 km dəmir yolu təmir edilib.

QSC-dən Redaktor.az-a verilən məlumata görə, ötən dövr ərzində görülən işlər çərçivəsində 12 yarımstansiya inşa edilib, 340 km yolboyu kontakt şəbəkəsi yenidən qurulub və 285 yoldəyişən yenisi ilə əvəz olunub.

Bundan başqa, ölkənin 23 dəmir yolu stansiyasında mikro-prosessor idarəetmə sisteminə keçid üzrə işlər görülüb və işarəvermə və rabitə avadanlığı quraşdırılıb.