İngilisdilli ixtisaslara plan yerlərinin sayı artırıldı

 15:50 11.06.2019     182

2019-2020-ci dərs ili üçün ali məktəblərdə tədrisi ingilis dilində aparılan ixtisaslar və plan yerlərinin sayı artırılıb.

Redaktor.az trend.az-a istinadən xəbər verir ki, bunu Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyev deyib.

Onun sözlərinə görə, tələbə qəbulu planı formalaşdırılarkən yerli və beynəlxalq əmək bazarının tələbləri nəzərə alınmaqla tədrisi ingilis dilində aparılan ixtisasların sayı 57-dən 69-a, qəbul yerlərinin sayı isə ötən illə müqayisədə 17.7% artırılıb.

Y.Piriyev qeyd edib ki, cari ildə tələbə qəbulu üzrə proqnoz yerlərinin sayının 8 %-i tədrisi ingilis dilində aparılan ixtisaslar üçün nəzərdə tutulub. Bu göstərici tədrisi rus dilində olan ixtisaslar üzrə 9.3% (119 ixtisas) təşkil edir.