16 çimərlikdə təcili tibbi yardım briqadaları xidmət göstərəcək

 15:56 11.06.2019     198

“İyunun 15-dən etibarən çimərlik mövsümü ilə əlaqədar təcili tibbi yardım briqadaları Bakının 16 çimərliyində vətəndaşlara xidmət göstərəcək”.

Redaktor.az apa.az-a istinadən xəbər verir ki, bunu Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (BTTTYS) baş həkimi Rauf Nağıyev deyib.

O, bildirib ki, bununla bağlı müvafiq əmr imzalanıb.

Baş həkim qeyd edib ki, təcili tibbi yardım briqadaları saat 09:00-dan 20:00-a qədər çimərliklərdə növbə çəkəcək.

Xatırladaq ki, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirlikləri Türkan, Hövsan və Şıx çimərliklərinin istifadəyə yararsız olduğunu açıqlayıb.