Bakıda 3 nəfəri gün vurub

 16:23 11.06.2019     193

Bakı şəhərində 3 nəfəri gün vurub.

Redaktor.az apa.az-a istinadən xəbər verir ki, bu barədə Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (BTTTYS) baş həkimi Rauf Nağıyev məlumat verib.

Onun sözlərinə görə, günvurma ilə bağlı təcili yardıma 3 müraciət daxil olub.

R. Nağıyev qeyd edib ki, onlardan 2 nəfəri hospitalizasiya olunub.