Fövqəladə Hallar Nazirliyinin mətbuat katibi İŞDƏN ÇIXDI

 16:44 11.06.2019     256

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinin rəhbəri Yəhya Babanlı tutduğu vəzifədən azad olunub. 

Redaktor.az xəbər verir ki, Modern.az-ın əldə etdiyi məlumata görə, Y.Babanlı öz ərizəsilə işdən ayrılıb.

Fövqəladə Hallar Nazirliyindən Modern.az-ın sorğusuna cavab olaraq, faktı təsdiqləyiblər:

“Mətbuat xidmətinin rəhbəri Yəhya Babanlı bir müddət öncə - mayın 29-dan etibarən öz ərizəsilə işdən ayrılıb. Hələlik yerinə təyinat olmayıb”.

Qeyd edək ki, Y.Babanlı bu il martın 1-də Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun əmrilə mətbuat katibi təyin olunmuşdu.