Bakıda sərnişin marşrutu qəza törədib, xəsarət alanlar var

 17:12 11.06.2019     226

Bakının Xətai rayonu, Zığ şosesisində 104 nömrəli marşrut avtobusu qəza törəib.

Səhiyyə Nazirliyindən Redaktor.az-a verilən xəbərə görə, hadisə nəticəsində 4 nəfər xəsarət alıb. Onlardan 43 və 34 yaşlı qadınlar Sabunçu xəstəxanasına, 50 yaşlı qadın Kliniki Tibbi Mərkəzə, 35 yaşlı qadın isə Neyrocərrahiyyə xəstəxanasına aparılıb.

Qadınlara bədənin müxtəlif nahiyələrinin xəsarəti diaqnozu qoyulub.