Ləki-Qəbələ dəmir yolunun tikintisi 2020-ci ildə başa çatacaq

 17:06 11.06.2019     263

Ləki-Qəbələ dəmir yolu xəttinin çəkilməsi çərçivəsində torpaq yatağının qurulması ilə bağlı işlər ilin sonuna yekunlaşacaq.

Redaktor.az-ın apa.az-a istinadən verdiyi məlumata görə, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin Tarif siyasəti və marketinq şöbəsinin rəisi Əli Qasımov deyib.

Onun sözlərinə görə, dəmir yollarının çəkilməsi isə gələn ilin ortalarına qədər davam edəcək: "Bununla yanaşı, "Ştadler" şirkətinə məxsus qatarlarından bu xəttə də istifadəsi planlaşdırlır".

 

Qeyd edək ki, 2018-ci ildə Prezident İlham Əliyev Ləki-Qəbələ dəmir yolu xəttinin tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.