Cəlilabadda dəhşət - Uşaq atasının maşını altında qalaraq öldü

 01:47 12.06.2019     420

Cəlilabad rayonunda azyaşlı uşaq maşın altında qalaraq dünyasını dəyişib.

Redaktor.az Report-a istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında rayonun Sabirabad kəndində baş verib.

Kənd sakini Nicat Əliyev həyətin qarşısında saxladığı “Qazel” markalı avtomobili hərəkətə gətirərkən, 11 yaşlı oğlu Samir Əliyevi görməyib. Nəticədə azyaşlı oğlu maşının altında qalaraq hadisə yerində dünyasını dəyişib.

Fakla bağlı araşdırma aparılır.