Nəsimi rayonunda 38 yaşlı kişi bıçaqlanıb

 03:28 12.06.2019     533

Bakının Nəsimi rayonu Zabitlər bağının yaxınlığında bıçaqlanma hadisəsi olub.

Redaktor.az Report-a istinadən xəbər verir ki, 1981-ci il təvəllüdlü Yaradanquliyev Ayxan Mahmud oğlu naməlum şəxs tərəfindən çoxsaylı bıçaq zərbələri alıb.

Yaralı 1 saylı Kliniki tibbi Mərkəzə gətirilib. Ona qarın boşluğunun kəsilmiş deşilmiş yarası diaqnozu qoyulub və dərhal əməliyyata götürülüb.