Kürdəmirdə piyadanı maşın vurub

 07:26 12.06.2019     416

Kürdəmir rayonunun Şıxımlı kəndində piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Redaktor.az Report-a istinadən xəbər verir ki, 1971-ci il təvəllüdlü yerli sakin Məmmədov Vidadi Ağamməd oğlu yolu keçmək istəyən zaman "Jiquli" markalı avtomobil tərəfindən vurulub.

Yaralı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən