Manuel Noyer Almaniya yığmasının rekordunu yeniləyib

 09:48 12.06.2019     322

Almaniya millisinin qapıçısı Manuel Noyer yeni rekorda imza atıb.

Redaktor.az-ın apa.az-a istinadən verdiyi məlumata görə, təcrübəli qolkiper AVRO-2020-nin Estoniya ilə seçmə oyununda (8:0) qapısını toxunulmaz saxlayıb.

Bu, 33 yaşlı əlcək sahibinin Bundestimdə 37-ci quru oyunu olub. Bununla da M.Noyer Almaniya yığmasının rekordunu yeniləyib. Bunadək ən çox quru oyun keçirən qapıçı Zepp Mayer idi. Əfsanəvi qolkiper 36 oyunda qol buraxmamışdı.

Qeyd edək ki, M.Noyer Almaniya yığmasında 88 oyun keçirib.