Beyləqan və Göyçayda taxıl sahələri yanıb

 09:55 12.06.2019  39

Beyləqan və Göyçayda taxıl sahələri yanıb.

Fövqəladə Hallar Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, Beyləqanda 50 ha sahədə quru ot və 30 ha biçilmiş taxıl sahəsi yanıb. Yaxınlıqdakı taxıl sahələri yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Göyçay rayonunun Mirzəhüseynli kəndində 2,5 ha sahədə biçilməmiş taxıl sahəsi yanıb. Digər biçilməmiş taxıl sahələri yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.