Bakıda mühüm tədbir keçirilir - FOTOLAR

  10:19 12.06.2019         14

Bu gün Bakıda Ümumdünya Gömrük Təşkilatının İnformasiya Texnologiyaları Konfransı və Sərgisi öz işinə başlayıb.

Redaktor.az xəbər verir ki, tədbir 3 gun davam edəcək. Tədbirdə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev, Koreya Gömrük Xidməti İnformasiya və Beynəlxalq Məsələlər İdarəsinin baş direktoru Taeil Kanq və ÜGT-nin baş katibi Kunio Mikuriya istirak edir.

Tədbir Prezident İlham Əliyevin iştirakçılara təbrik məktubunun oxunması ilə açıq elan olunub.

Məktubu Baş nazir Novruz Məmmədov oxuyub. Dövlət başçısı məktubunda bildirib ki, Azərbaycanın gömrük sistemində şəffaflığın təmin edilməsi, informasiya-kommunikasiya texnologiyalarının tətbiqi sahəsində bir çox işlər görülüb.

Daha sonra DGK-nin sədri Səfər Mehdiyev çıxış edib. O bildirib ki, bu tədbirin olkəmizdə keçirilməsi Prezident İlham Əliyevin gömruk sistemində həyata keçirdiyi mütərəqqi islahatlar hesabına Azərbaycan gömrüyünün bütün sahələrdə, xüsusilə informasiya texnologiyalarının tətbiqi istiqamətində əldə etdiyi uğuların nəticəsidir.

1

1

1

1