Azərbaycanda bütün fəaliyyət sahələrində dövriyyələr şəffaflaşmalıdır - Vergilər Nazirliyi

 11:22 12.06.2019     314

Azərbaycanda bütün fəaliyyət sahələrində və ticarət obyektlərində dövriyyələrin şəffaflaşması baş tutmalıdır.

Redaktor.az-ın apa.az-a istinadən verdiyi məlumata görə, bu barədə jurnalistlərə Vergilər nazirinin müşaviri Xəqani Abdullayev bildirib.

Onun sözlərinə görə, yaradılmış stimullar imkan verir ki, dövriyyələr daha çox könüllü formada şəffaflaşsın. Dövriyyələr şəffaflaşdıqca vergitutma bazası genişlənir və bu da daxilolmaların artması ilə nəticələnir.

"Eyni zamanda vergidən yayınma hallarına qarşı da öz tədbirlərimizi davam etdiririk" -  deyə X. Abdullayev əlavə edib.