Bakı Parlament Platformasının Katibliyi Bakıda yerləşəcək

  11:47 12.06.2019         12

"Həssas məqamlarla zəngin geosiyasi zamanda belə bir tədbirin Bakıda keçirilməsi qürurvericidir".
Redaktor.az-ın apa.az-a istinadən verdiyi məlumata görə, bunu bu gün Milli Məclis sədrinin müavini, Azərbcaycanın ATƏT Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinin rəhbəri Bahar Muradova Bakıda Milli Məclisin təşkilatçılığı və ATƏT PA ilə yaxın əməkdaşlıq çərçivəsində keçirilən Regional təhlükəsizlik və əməkdaşlıq üzrə Parlament Konfransı və Dialoq və Əməkdaşlıq üzrə Bakı Parlament Platformasının təsis konfransında bildirib.
B. Muradova deyib ki, Bakı Parlament Platformasının yaradılmasında məqsəd ATƏT məkanındakı çağırışlar, xalqları vıə dini konfensiyaların qarşı-qarşıya qoyulması nəticəsində yaranan münaqişələrdir: "Hərbi münaqişələr artıb, silahlar bizdən çox danışır. Cinayət və cinayətkarlıq heç bir sərhəd tanımır. Cənubi Qafqaz və nüfuzlu Avropa bölkələrinin iştirakı ilə bkelə təşəbbüsldərin ortaya çıxması təsadüfi deyil. Bu Platforma gələcəkdə öz sıralarına daha çox üzvlər cəlb etməklə regionda təhlükəsizliyə daha böyük töhfələr verə bilər. Zərrəçəkən ölkələrin ərazi bütövldüyünə qarşı təhdidlərə qarşı parlamentlərin mövqeyinin ortaya qoyuqlması baxımından vacibdir. Cənubi Qafqaz böyük enerji resurslarına, çevik nəqliyyat infrastrukturuna malikdir".
Vitse-spaiker nəzərə çatdırıb ki, təsis edilən Platformanın əsas hədəflərindən biri ölkələrdə hökumətlərin fəaliyyətini təşviq etmək, energjetika və nəqliyyat sahəsində əlaqələri genişləndirməkdir: "Regionaa və qlobal təhdiddərə qarşı gücümüzü birləşdirə, yeni ideyaları reallaşdıra bilərik. Cənubi Qafqazda münaqişələrin obyektiv araşdırılması ilə bağlı layihələrə də imza ata bilərik. Biz parlamentlər və xalqlar arasında dostluğa töhfə vermək üçün gedəcəyimiz yolun başlanğıcındayıq. Platformanın Katibliyi Bakıda yerləşəcək".