Hər il Azərbaycanda 20 mindən çox qanunsuz miqrant aşkarlanır

 13:16 12.06.2019  42

"İl ərzində Azərbaycanda orta hesabla 15-20 mindən çox qanunsuz miqrant aşkar edilir".

Redaktor.az-ın apa.az-a istinadən verdiyi xəbərə görə, bunu Dövlət Miqrasiya Xidmətinin (DMX) rəis müavini Pərviz Musayev "Azərbaycanda insan alverinə qarşı mübarizə üzrə milli potensialların artırılması" layihəsinin bağlanış mərasimində çıxışı zamanı deyib.

O bildirib ki, qanunsuz miqrantların bir qisminin ölkədə yaşayışı leqallaşdırılır, bir qismi isə ölkədən çıxarılır.

 

Rəis müavininin sözlərinə görə, qanunsuz miqrantların arasında insan alveri qurbanlarına da rast gəlinir.

İnsan alverinə qarşı mübarizənin Azərbaycan dövləti tərəfindən daim diqqətdə saxlanıldığını vurğulayan P. Musayev qeyd edib ki, dünyada hər il 40 milyon insan alveri qurbanı aşkar edilir və qurbanların hər 4 nəfərindən birini uşaqlar təşkil edir.