"Qida təhlükəsizliyi haqqında" qanun layihəsi hazırlanacaq

 15:01 12.06.2019  49

“Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı”nın icrası üçün Səhiyyə Nazirliyinin Tədbirlər Planı təsdiq edilib.

Redaktor.az-ın apa.az-a istinadən verdiyi xəbərə görə, bununla bağlı səhiyyə naziri Oqtay Şirəliyev əmr imzalayıb.

Tədbirlər Planında göstərilib ki, 2019-cu ildə “Qida təhlükəsizliyi haqqında” qanun layihəsi hazırlanacaq.

 

Sənəddə deyilir ki, sanitariya, baytarlıq, fitosanitar norma və qaydaları beynəlxalq tələblərə uyğunlaşdırılacaq və ya yeni qaydalar hazırlanacaq.