Şair Murad Köhnəqala həbs edilib

Şair Murad Köhnəqala həbs edilib.
Redaktor.az apa.az-a istinadən xəbər verir ki, bu barədə şairin həyat yoldaşı Şəlalə Göytürk məlumat verib.
O bildirib ki, Murad Köhnəqalanı birinci həyat yoldaşı aliment ödəmədiyi üçün Tovuz rayon Məhkəməsinə verib: “Murad Köhnəqala 12 min manat aliment ödəmədiyi üçün məhkəmə onun barəsində həbs qərarı çıxarıb”.