Bu rektor və prorektorlara professor elmi adı veriləcək

  16:53 12.06.2019         74

Ali təhsil müəssisələrində rektor və tədris işləri üzrə prorektorlara professor elmi adının verilməsinə görə tələblər müəyyənləşib.

Redaktor.az-ın apa.az-a istinadən verdiyi məlumata görə, bu barədə Prezident İlham Əliyevin Fərmanı ilə təsdiqlənən “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə”də bildirilib.

Sənəddə qeyd edilib ki, professor elmi adı elmi-pedaqoji fəaliyyətə görə müsabiqə yolu ilə və ya təyinatla ali təhsil müəssisələrində rektor (rəis), elm və ya tədris işləri üzrə prorektor (rəis müavini), dekan, kafedra (departament, mərkəz) müdiri və ya professor vəzifəsini tutan, milli təhlükəsizlik və hərbi elmlər doktoru elmi dərəcəsi olan, hərbi sahədə əhəmiyyətli nailiyyətlər əldə etmiş (Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və zabit kadrların hazırlanmasında xüsusi xidmətləri olan), dosent elmi adı almış iddiaçılara aşağıdakı tələblərin ödənildiyi halda verilir:

1. İddiaçının azı beş il elmi-pedaqoji iş stajı olmalıdır;

2. İddiaçı azı bir il bu vəzifədə qüsursuz və müvəffəqiyyətlə işləməlidir.