İmişlidə 4 otaqlı ev yanıb

 21:17 12.06.2019     453

İmişli rayonunda ümumi sahəsi 64 kv.m olan birmərtəbəli evdə yanğın olub.

Redaktor.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, 4 otaqlı evin 2 otağının yanar konstruksiyaları və ev əşyaları 34 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Vumart və Güvən reklamı Vumart Güvən