Həcc ziyarəti üçün kvotanın dolmasına 400 nəfər qalıb
Azərbaycandan Həcc ziyarətinə getmək üçün müraciət edən zəvvarların sayı 1000-ə yaxındır.
Redaktor.az apa.az-a istinadən xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat verilib. Bildirilib ki, hazırda sənəd qəbulu davam edir.
Avqustun 1-dən 6-a qədər gediş, avqustun 21-dən 25-nə qədər isə Azərbaycana dönüş olacaq. Zəvvarlar təyyarə ilə yola salınacaq.
Qeyd edək ki, bu il Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1400 nəfərlik kvota ayrılıb. Ziyarətin qiyməti 4285 ABŞ dolları təşkil edir. Bu göstəricinin ötənilkindən baha olması Səudiyyə Ərəbistanında xidmətlərin və hotellərin qiymətlərinin bahalaşması ilə əlaqədardır.












