Azərbaycanda hakimlərin sayı daha 200 nəfər artırılacaq
"Azərbaycanda hakimlərin sayının 200 nəfər artırılması planlaşdırılır".
Redaktor.az-ın apa.az-a istinadən verdiyi məlumata görə, bu barədə Ədliyyə nazirinin müşaviri Toğrul Musayev Azərbaycan-Avropa İttifaqı Biznes Forumunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu gün Azərbaycanda 100 min nəfərə düşən hakimlərin sayı 6 nəfərdir. Bu isə Avropa ölkələri üzrə orta göstəricidən üç dəfə azdır.












