Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlıq coğrafiyasını genişləndirir

 18:08 13.06.2019     265

Hazırda Azərbaycanda qida təhlükəsizliyi sahəsində analizlərin keçirilməsi üçün 21 laboratoriya fəaliyyət göstərir.

Redaktor.az-ın trend.az-a istinadən verdiyi məlumata görə, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Bakıda keçirilən beşinci Aİ-Azərbaycan biznes forumunda deyib.

Onun sözlərinə görə, bu laboratoriyalardan altısı Abşeronda, 15-i regionlarda yaradılıb.

Assosiasiya sədri qeyd edib ki, agentlik iki ölkə ilə əməkdaşlıq sazişi imzalayıb, daha 11 ölkə ilə bununla bağlı danışıqlar aparılır.

Q.Təhməzli, həmçinin, 2019-2025-ci illər üçün Azərbaycanda qida təhlükəsizliyinin təmin olunması üzrə dövlət proqramının vacibliyini vurğulayıb.