Ağsuda 1100 kiloqram çətənə kolu yandırılaraq məhv edilib

 22:39 13.06.2019     399

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi və bu qanunsuz fəaliyyətlə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunmaları istiqamətində tədbirlər uğurla davam etdirilir.

Redaktor.az Report-a istinadən xəbər verir ki, “Xaş-xaş-2019” şərti adı altında kompleks əməliyyat-axtarış və proflaktik tədbirlər planına uyğun olaraq, keçirilmiş əməliyyat tədbirləri nəticəsində rayonun Dilman kəndi ərazisində 1 hektara yaxın əraziyə baxış zamanı ümumi çəkisi 1100 kq olan 2300 ədəd yabanı şəkildə bitən çətənə kolu aşkar edilib.

Narkotik vasitə yandırılaraq məhv edilib.