İnterpol bu Azərbaycan vətəndaşını axtarır

 22:58 13.06.2019     447

Azərbaycanda qətl törətməkdə təqsirləndirilən şəxs beynəlxalq axtarışa verilib.

Redaktor.az  məlumatına görə, 1964-cü ildə Lerik rayonunda anadan olan Əlipaşa Məmmədov barəsində Azərbaycan hüquq-mühafizə orqanlarında cinayət işi başlansa da, o istintaqdan yayınıb.

Bundan sonra məhkəmə Ə.Məmmədov barəsində həbs qətimkan tədbiri seçib və təqsirləndirilən şəxs axtarışa verilib.

"İnterpol" həmin şəxs barəsində beynəlxalq axtarış elan edib.

Vumart və Güvən reklamı Vumart Güvən