Yasamal rayonunda 60 yaşlı qadını avtomobil vurub

 02:19 14.06.2019     331

Bakının Yasamal rayonunda piyadanı avtomobil vurub.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, hadisə metronun "Nizami" stansiyasının yaxınlığında qeydə alınıb.

Bildirilir ki, 1959-cu il təvəllüdlü Məmmədova Nərgiz Yunis qızı yolu keçən zaman avtomobilin zərbəsinə tuş gəlib.

Yaralı xəstəxanaya yerləşdirilib.