FHN Oğuzdakı qəza ilə bağlı məlumat yayıb

 10:15 14.06.2019     314

Oğuz rayonunun Bayan kəndində “Hyundai” markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Redaktor.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Şimal-qərb Regional Mərkəzinin xilasetmə qüvvələri 2 nəfərin (şəxsiyyətləri dəqiqləşdirilir) meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.