Biləsuvarda mikroavtobus yanıb

 10:33 14.06.2019     274

Biləsuvarda mikroavtobus yanıb.

Redaktor.az-ın apa.az-a istinadən verdiyi məlumata görə, hadisə yeni Ələt-Astara magistralında baş verib. Cəlilabad rayon sakini Vüqar Orduyev Astara istiqamətində hərəkətdə olarkən idarə etdiyi mikroavtobusun mühərrik hissəsi qəfildən alışıb. Alov tezliklə avtomobilin qarşı tərəfini bürüyüb. Nəticədə mikroavtobus yararsız hala düşüb.

Sürücünün ehtimalına görə, sonuncu dəfə servisdə olan zaman ustaların təmirdə ehtiyatsızlığı ucbatından mikroavtobusda nasazlıq baş verib və avtomobil alışmağa başlayıb.