Bakıda yol qəzasında 3 qadın xəsarət alıb

 11:06 14.06.2019     432

Yasamal rayonunda baş verən yol qəzasında 3 qadın xəsarət alıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Redaktor.az-a verilən məlumata görə, Yasamal rayonunda (Avtomobil bazarının yaxınlığında) baş verən qəzada 19 və 40 yaşlı qadınlar qapalı kəllə-beyin travması, 50 yaşlı qadın isə başın yumşaq toxumalarının əziyi diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıblar.

Hazırda onların müayinələri davam edir.