Bu jurnalistlərin övladları məzun oldu - FOTOLAR

 11:34 14.06.2019     972

Bu gün Azərbaycanda  “Son zəng” qeyd olunur.

Redaktor.az xəbər verir ki, məzun olanlar içərisində jurnalistlərin övladları da var:

Jurnalist Əli Əhmədovun oğlu Cavidan Əhmədov Türkiyə Diyanət Vəqfi Bakı Türk Liseyini bitirən məzunlar sırasındadır. Əli Əhmədov açıqlamasında bütün məzunları təbrik edib və onlara uğurlar arzulayıb.

Jurnalist Aygün Muradxanlının qızı Humay məzun olub. O, Bakı Atatürk Litseyinin 27-ci məzun törənində orta təhsilini başa vurub.

“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının qızı Banuçiçək orta məktəbi bitirib.

BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycan üzrə əməkdaşı, jurnalist  Rəşad Hüseynovun qızı məzun olub.

“Yeni Müsavat” qəzetinin baş redaktorunun birinci müavini, jurnalist Azər Ayxanın qızı Ayan  bugünkü məzunlar sırasındadır.

Jurnalist Azər Rəşidoğlunun oğlu Rəşid bu il orta məktəbi başa vuranlar arasındadır.

REAL TV-nin xüsusi müxbiri Ləman Ələşrəfqızının oğlu Rəsul İsmayılov da bu il məzun olub. O, Nəsimi rayonu 9 saylı orta məktəbi bitirib.

Qeyd edək ki, bu il respublikanın ümumtəhsil məktəblərinin XI siniflərini 80514 nəfər şagird bitirir.

Gülşən Şərif / Redaktor.az