Diqqət! Bu yollarda rənglənmə işləri aparılır

 11:21 14.06.2019     293

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün axşam saatlarınadək Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsində üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılır.

Bu barədə Redaktor.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Analoji işlər Zabrat-Kürdəxanı-Pirşağı avtomobil yolunda (Zabrat dairəsindən Pirşağı qəsəbəsinə kimi) axşam saat 22:00-dan səhər saatlarınadək aparılacaq .

Sürücülərdən sözügedən ərazilərdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.