Nazir: Son iki ildə Azərbaycanda 243 modul tipli məktəb inşa olunub

 12:27 14.06.2019     276

Modul tipli məktəblərin inşası bu il də davam etdiriləcək.

Redaktor.az-ın apa.az-a istinadən verdiyi məlumata görə, bu sözləri jurnalistlərə açıqlamasında Təhsil naziri Ceyhun Bayramov deyib.

Onun sözlərinə görə, son iki ildə Azərbaycanda 243 modul tipli məktəb inşa olunub. Nazir son bir həftədə prezident İlham Əliyev tərəfindən təhsil sahəsində islahatların gücləndirilməsi istiqamətində 3 sərəncam imzaladığını bildirib. C.Bayramov bu il daha 50 modul tipli məktəbin tikiləcəyini də qeyd edib.