Yol polisi “Son Zəng” iştirakçılarına müraciət edib

 13:28 14.06.2019     373

Paytaxt məktəblərinin yerləşdiyi ərazilərdə - küçə və prospektlərdə yol polisi gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir.

Redaktor.az apa.az-a istinadən xəbər verir ki, bu barədə Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib. O, qeyd edib ki, nəzərdə tutulan tədbirlər yüksək peşəkarlıqla icra olunur:

“Yol polisi əməkdaşları “Son Zəng” mərasimlərində fəal iştirak edir. İştirakçı sayının çoxluğuna görə sıxlıq müşahidə olunan yollarda müvafiq tədbirlər görülür ki, vaxt itkisinə səbəb olacaq hallar baş verməsin, “məzun günü” övladlarımızın həyatında unudulmaz xoş xatirələrlə yadda qalsın. Bir daha hərəkət iştirakçılarını diqqətli və məsuliyyətə olmağa səsləyirik. Tədbirləri məktəb ərazilərində qəbul edilmiş reqlamentə əsasən həyata keçirməyi tövsiyə edirik”.