Əbülfəz Elçibəyin həyat yoldaşı vəfat edib - YENİLƏNİB

 14:09 14.06.2019     321

Azərbaycanın ikinci prezidenti Əbülfəz Elçibəyin bu gün Türkiyədə vəfat edən həyat yoldaşı Həlimə Əliyeva xərçəng xəstəliyindən əziyyət çəkirmiş.

Redaktor.az apa.az-a istinadən xəbər verir ki, bu barədə Həlimə Əliyevanın qardaşı Mirmöhsün Mahmudov məlumat verib.

Onun sözlərinə görə, 67 yaşlı bacısı Türkiyəyə əməliyyat və müalicə olunmaq üçün gedibmiş: "Hazırda cənazənin Azərbaycana gətirilməsi üçün hazırlıqlara başlamışıq".