BOKT-lar attestasiyadan keçəcək

 14:30 14.06.2019     395

Bank olmayan kredit təşkilatlarının (BOKT) inzbatçıları maliyyə bazarlarına nəzarət orqanında attestasiyadan keçəcək.

Redaktor.az-ın apa.az-a istinadən verdiyi məlumata görə, bu, bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və energetika komitəsinin iclasında müzakirəyə çıxarılan “Bank olmayan kredit təşkilatları haqqında” qanuna təklif edilən dəyişikliklərdə əksni tapıb.

Sənədə əsasən, bu təynatlarla maliyyə bazarlarına nəzarət orqanının müsbət rəyi alındıqdan sonra həmin inzibatçılar öz vəzifələrinin icrasına başlayacaqlar. Attestasiyanın keçirilməsi qaydalarını maliyyə bazarlarına nəzarət orqanı müəyyən edəcək. 

Qanun layihəsi Milli Məclisn növbədənkənar sessiyasının növbəti iclasına tövsiyə edilib.