Kənd təsərrüfatı texnikasının istehsalı ƏDV-dən azad edilir

 14:34 14.06.2019     321

Kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğuların, maşınların, avadanlıqların və texnikasının istehsalı əlavə dəyər vergisindən (ƏDV) azad edilir.

Redaktor.az-ın məlumatına görə, bu, bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və energetika komitəsinin iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə dəyişiklikdə əksini tapıb. 

Bununla bərabər, kənd təsərrüfatı texnikasının ehtiyat hissələrinin idxalı və satışının da ƏDV-dən azad edilməsi təklif olunur. 

Qeyd edək ki, hazırda kənd təsərrüfatı təyinatlı texnikanın idxalı və satışı ƏDV-dən azaddır. 

Qanun layihəsi Milli Məlisin növbədənkənar sessiyasının növbəti iclasına tövsiyə edilib.