Ağsuda 3 hektara yaxın buğda sahəsi yanıb

 15:01 14.06.2019     354

Ağsu rayonunda taxıl sahəsində yanğın hadisəsi baş verib.

Redaktor.az-ın trend.az-a istinadən verdiyi məlumata görə, hadisə rayonun Bico kəndi ərazisində baş verib. Kənd sakini Şahid Salmanova məxsus buğda sahəsində baş vermiş yanğın qısa müddətdə güclənib.

Fövqəladə Hallar Nazirliyinin Ağsu Yanğından Mühafizə Xidmətinin əməkdaşlarının səyi nəticəsində alovun digər sahələrə keçməsinin qarşısı alınıb və yanğın söndürülüb.

Hadisə nəticəsində Ş.Salmanova məxsus taxıl sahəsinin 2,5 hektarı yanıb.