İmişlidə 2 uşaq anası intihar edib

 16:00 14.06.2019     428

İmişlidə intihar olub.

Redaktor.az-ın apa.az-a istinadən verdiyi məlumata görə, hadisə rayonun Çaxırlı kəndində qeydə alınıb. Kənd sakini, 1982-ci il təvəllüdlü Əsədova Nərgiz Adil qızı yaşadığı evin həyətindəki yarımtikilidən özünü asıb. İntiharın səbəbləri məlum deyil. Onun iki uşaq anası olduğu bildirilir.

Faktla bağlı İmişli rayon Prokurorluğunda araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən